Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ilk yoxlama oyununu keçirib.
Qol.az xəbər verir ki, "qırmızı-qaralar" Moldovanın 1-ci divizion təmsilçisi “Sukleya” ilə üz-üzə gəlib və 4:2 hesabı ilə qalib gəlib. Komandanın qollarını İlkin Qırtımov (7-ci dəqiqə), Murad Musayev (17),Omar Hani (39) və Osama Xalayla (46) vurublar.
Qeyd edək ki, Elmar Baxşıyevin komandası iyulun 15-də Rusiyanın "Orenburq" klubları ilə üz-üzə gələcək. "Qəbələ"nin iyulun 19-da daha bir sınaq matçı nəzərdə tutulub. Hələlik bu rəqibin adı açıqlanmayıb.
Xatırladaq ki, "Qəbələ" bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək. Mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq bölgə təmsilçisi "Omoniya” ilə iyulun 27-də Qəbələdə, avqustun 3-də isə Kiprdə qarşılaşacaq.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda