“Qəbələ” 2023-2024 mövsümünün hazırlığını davam etdirmək üçün bu gün Türkiyəyə yollanır.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” toplanışın ikinci mərhələsini qardaş ölkədə gerçəkləşdirəcək.
Komanda Boluda məskunlaşacaq. Burada üç yoxlama görüşü təşkil olunacaq. Bu qarşılaşmalar iyulun 12-də, 15-də və 19-da keçiriləcək. İlk iki qarşılaşmada "Qəbələ" Moldovanın "Sukleya" və Rusiyanın "Orenburq" klubları ilə üz-üzə gələcək. Sonuncu rəqib yaxın günlərdə dəqiqləşəcək. “Qəbələ” iyulun 20-də vətənə qayıdacaq və UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Omoniya” (Kipr) ilə görüşlərinin hazırlığını ölkəmizdə yekunlaşdıracaq.
Xatırladaq ki, “qırmızı-qaralar” iyunun 24-də Qəbələdə bir araya gələrək hazırlığın ilk mərhələsini doğma stadionda gerçəkləşdirib.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı