"Neftçi"nin baş məşqçisi olacağı gözlənilən Adrian Mutunun maaşı ilə bağlı yeni məlumat yayılıb.
Qol.az xəbər verir ki, Rumıniyanın "Digi Sport " saytı Mutunun rəhbərlik etdiyi məşqçi heyətinin "Neftçi"də bir mövsüm üçün 700 min avro qazanacağını yazıb.
Bu məbləğ Mutu və 3 köməkçisi arasında bölünəcək. Mutunun köməkçiləri Boqdan Petraşku, Alinu Cise və Mixayu Nadebanu olacaq. Köməkçi məşqçilərə mövsüm ərzində 150-200 min avro ödəniləcək. Mutunun özü isə 10 ay üçün (bir mövsüm) 500-550 min avro qazanacaq. Bu, aylıq 50-55 min avro deməkdir.
Rumıniyalı mütəxəssisin "Neftçi" ilə 2 illik müqavilə imzalayacağı bildirilir.
Əlavə edək ki, baş məşqçi məsələsi ilə bağlı aparılan müzakirələrlə əlaqədar "Neftçi" və danışıqlarda yekun sözü deyəcək sponsor şirkət SOCAR heç bir açıqlama vermir.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı