"Neftçi"nin futbolçusu Emil Balayevin sağlamlıq durumuna aydınlıq gəlib.
Qol.az xəbər verir ki, o, “PARI Premyer Kuboku" turniri çərçivəsində iyulun 8-də “Smena” stadionunda keçirilən “Srvena Zvezda”ya qarşı oyununun sonlarında zədələnib.
“Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında qapıçının son durumu haqda məlumat verib:
“Emil Balayev Maqnit Rezonans Tomoqrafiya müayinəsindən keçdi. O, axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunacaq. Bu səbəbdən qapıçımız təqribən 5 ay yaşıl meydanlardan kənarda qalacaq”.
Qeyd edək ki, sözügedən görüşdə "Neftçi" "Srvena Zvezda"ya 0:4 hesabı ilə uduzub.
Xatırladaq ki, E.Balayev ötən ay "Neftçi"yə transfer olunmuşdu.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video