Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində 2-ci oyununa çıxıb.
Qol.az xəbər verir ki, yığmamız Estoniya ilə üz-üzə gəlib.
"Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilən matç rəqibin 7:4 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın heyətində Elşad Manafov dubl edib. Komandamızın digər qollarını isə Orxam Məmmədov və Fuad Hüseynov vurub.
A qrupunun digər oyununda isə İtaliya Moldovanı 3:1 hesabı ilə məğlub edib.
Xatırladaq ki, Azərbaycan komandası ilk görüşdə Moldovaya 2:3 hesabı ilə uduzub.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video