Albaniya klubu Vüsal İsgəndərlinin transferini açıqladı

Albaniya klubu Vüsal İsgəndərlinin transferini açıqladı
ÖLKƏ FUTBOLU 5 İyul 2023 / 15:28 2361
-  A +

Albaniyanın "Eqnatiya" klubu Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin transferini açıqlayıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanıb. Onun iyulun 6-dan yeni komandası ilə məşqlərə qatılacağı bildirilib.

"Eqnatiya"nın prezidenti Agim Demrozi daha əvvəl açıqlamasında Vüsal ilə 3 illik müqavilə imzalandığını bildirmişdi

Qeyd edək ki, Vüsal İsgəndərlinin son klubu "Sumqayıt" olub.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner