“Kəpəz”dən 4 transfer – Açıqlama

“Kəpəz”dən 4 transfer – Açıqlama
ÖLKƏ FUTBOLU 5 İyul 2023 / 13:00 4997
-  A +

“Kəpəz” heyətinə 4 yeni oyunçu cəlb edib.

Bu barədə Qol.az-a komandanın baş məşqçisi Azər Məmmədov məlumat verib. Onun sözlərinə görə, tranfser işləri bitməyib və başqa futbolçuların keçidi ilə bağlı da danışıqlar gedir:

“Belaruslu qapıçı Vladislav Vasilyuçeki transfer etmişik. İyulun 6-da komandaya qoşulacaq. Nigeriyalı dayaq yarımmüdafiəçisi Olavale Onanuqa ilə razılaşmışıq. İyulun 10-na qədər Bakıya gələcək. Bayram günlərinə görə viza məsələsi bir az yubandı. “Qəbələ”dən müdafiəçi Rüfət Əhmədovu 1 mövsümlük icarəyə götürdük.  Ötən mövsüm komandada icarə əsasında çıxış edən Zamiq Əliyevi “Qarabağ”dan heyətə cəlb etdik. 1+1 illik müqavilə imzalandı. Azərbaycandan bir futbolçu var ki, onu transfer etmək istəyirik. Demək olar ki, həll olunmuş kimidir. Tam dəqiqləşmədiyi üçün adını açıqlamaq istəmirəm”.

Gəncə klubunun çalışdırıcısı “Şamaxı”da çıxış edən “Kəpəz”in iki sabiq futbolçusunu da heyətə cəlb etmək istədiklərini bildirib:”Çalışırıq ki, sabiq futbolçularımız Zahid Mərdanov və Əli Səmədovu da geri qaytaraq. Hələ ki, danışıqlar gedir”.

Ramiq Ağaməmmədov


Son xəbərlər
topaz banner