"Səbail" daha bir israillini heyətinə qatdı

"Səbail" daha bir israillini heyətinə qatdı
ÖLKƏ FUTBOLU 4 İyul 2023 / 18:29 2217
-  A +

“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, “dənizçilər” yarımmüdafiəçi Yadin Luqasinin keçidini rəsmiləşdirib. 24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Yadin son olaraq ölkəsində "Kiryat Şimona"da çıxış edib.

Qeyd edək ki, "Səbail" bu gün digər bir israilli futbolçunu - Nir Bardeanı da heyətinə qatıb. Həmçinin klub daha əvvəl Yusif Nəbiyev,  Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Coşqun Diniyev, Bahadur Həziyev və Amil Yunanov sıralarına cəlb edib.

Daha çox


Son xəbərlər
topaz banner