“Əvvəl bir az qəribə idi, indi uyğunlaşmışam. Azərbaycanda ən çox bəyəndiyim havadır. Həmişə günəşli olur”.
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Azər Əiyev “Matç TV”yə müsahibəsində deyib.
Milli komandamızın üzvü qonşu ölkənin mətbuatına Azərbaycan futbolu haqda danışıb: “Klubların yalnız üçündə stadion süni örtüklüdür. "Neftçi"nin qazonu təbiidir. İnfrastruktur baxımından çox yaxşı şərait var. Komanda sayı çox deyil. Daha əvvəl 8 idi, sonra 10 oldu. Sayın 12-yə qaldırılması da müzakirə edilir. Oyunların sıxlığı, komandaların sayı həqiqətən yaxşıdır.
Əksər səfər oyunlarına avtobusla gedirik. Uzaq yerlər Gəncə və Tovuzdur. Təxminən 5-6 saat olur. Uçuş üçün yeganə bölgə Naxçıvandır. Ora da təyyarə ilə təxminən 40 dəqiqə vaxt lazımdır”.
29 yaşlı yarımmüdafiəçi “Qarabağ”la aralarında olan rəqabətdən də danışıb: “İndi ən çox iki komandadan danışırlar - "Neftçi" və "Qarabağ". Bu komandaların oyunlarında hər zaman həyəcan olur. "Neftçi" azarkeşləri və özümüzçün nə qədər üzücü səslənsə də, son illərin nəticələrinə baxdıqda “Qarabağ”ın hegemon olduğu ortaya çıxır. Ancaq ümid edirik ki, vəziyyəti düzəldəcəyik”.
Sankt-Peterburqda keçirilən və "Neftçi"nin də iştirak etdiyi "Matç TV Kuboku"undan da danışan Əliyev bu turnirin onlar üçün yaxşı təcrübə olduğunu bildirib: "Eşitdiyimə görə, "Srvena Zvezda" və "Fənərbaxça" ilə matçlarda anşlaq olacaq. Rəsmi oyuna yaxın atmosfer olur. Turnir Konfrans Liqası matçlarından əvvəl yaxşı təcrübə olacaq".
"Messini geri qaytarmaq istəyirdik, amma..."
“Qarabağ” və “Nyukasl” oyuna bu heyətlə çıxır
"Nyukasl" Qordonla bağlı nə planlaşdırır?
Futbolçularla bağlı yeni qadağa tətbiq oluna bilər
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait əldə edib
"Yuventus" onun müqaviləsini yeniləyir
Rövşən Nəcəf FİFA prezidentini təbrik etdi - Video
Şamaxıda vurulan 5 qol - Video
Qol şansını qaçırdı, göz yaşlarını saxlaya bilmədi
"Barselona" misirli futbolçunu hədəfə aldı
Meksika və İslandiya millilərinin matçı baş tutacaq?
Haalandın komandası ciddi sanksiya ilə üz-üzədir
"Turan Tovuz"un inamlı qələbəsindən - Video
1-ci liqada 16-cı tur start götürdü
Çempionat oyunları təxirə salındı
"Fənərbaxça"da ciddi itkilər var
"Qəbələ"dən bir az ehtiyat edirdik" - Kurban Berdıyev
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
2-ci liqada lider dəyişdi
"Sabah"ın sabiq baş məşqçisi cəmi 4 ay işlədi
Flikdən futbolçularına sərt cəzalar
Pelleqrini La Liqanın ən yaxşısı seçildi
"Qəbələ" - "Turan Tovuz": Heyətlər açıqlandı
"Qarabağ" onun xatirəsini əbədiləşdirsə, yaxşı olar" - Video