“Qəbələ” İdman Klubu yeni tərəfdaşlıq müqaviləsinə imza atıb.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi ABŞ-ın tanınmış şirkəti “Capelli Sport”la əməkdaşlığa başlayıb. İdman geyimləri istehsalçısı ilə 3 illik müqavilə imzalanıb.
“Capelli Sport” “Qəbələ”nin idman geyimi tərəfdaşı olacaq. “Qırmızı-qaralar”ın əsas, əvəzedici və akademiya komandaları eksklüziv olaraq klub üçün hazırlanacaq geyimlərdə çıxış edəcək.
“Capelli Sport”un əsası 2011-ci ildə qoyulub. Qısa müddətdə futbol bazarında özünə yer edən Şimali Amerika təmsilçisi idman dəstləri, qapıçı əlcəkləri, top, həmçinin müxtəlif üslublu geyimlər, çantalar, kepkalar, idman ayaqqabıları istehsal edir. “Capelli Sport” dünyanın müxtəlif yerlərində onlarla komandanın tərəfdaşıdır.
"Capelli Sport Europe"un prezidenti Key Moureg yeni əməkdaşlıq barədə fikirlərini açıqlayıb: "Qəbələ" ilə əməkdaşlıqdan çox məmnunam. Klub, onun üzləri və ruhu "Capelli Sport" üçün idealdır. Birlikdə mütləq gözəl işlər reallaşdıracağıq."
"Capelli Sport Europe"un biznesin inkişafı meneceri Halil Özçelik də bu sazişin imzalanmasından və Azərbaycana gəlişindən məmnun olduğunu ifadə edib: "Sazişin imzalanmasından və Azərbaycana gəlişimizdən çox məmnunam. Klubun böyük fəlsəfəsi var - mükəmməl akademiya, avrokuboklarda uğurlar marağımıza səbəb oldu . Bunlarla elə yerində tanış oldum. "Qəbələ" ilə əməkdaşlıq edərək, məhsullarımızı bütün regionda tanıtmaq istəyirik və yaxın illərdə brendimizi daha da inkişaf etdirməyə çalışacağıq".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi