Vüsal İsgəndərli "Sumqayıt"la vidalaşdı

Vüsal İsgəndərli "Sumqayıt"la vidalaşdı
ÖLKƏ FUTBOLU 4 İyul 2023 / 14:21 1945
-  A +

"Sumqayıt"dan ayrılan Vüsal İsgəndərli komanda ilə vidalaşıb.

Qol.az xəbər verir ki, Albaniyanın "Eqnatiya" klubuna keçəcəyi gözlənilən 27 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında  "Sumqayıt"a uğurlar arzulayıb:

"Uğurlar, "Sumqayıt"! Bir il ərzində hər oyunda yanımda olan komanda yoldaşlarım, hər zaman yanımızda olan azarkeşlərimiz, haqqınızı halal edin".

Qeyd edək ki, Vüsal İsgəndərli ötən mövsüm "Sumqayıt"da 35 rəsmi matçda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.

Daha çox


Son xəbərlər
topaz banner