"Mənasız turnirdir, istəməzdim ki, “Neftçi” o yarışa getsin"

"Mənasız turnirdir, istəməzdim ki, “Neftçi” o yarışa getsin"
ÖLKƏ FUTBOLU 4 İyul 2023 / 13:00 11980
-  A +

"Neftçi"nin keçmiş oyunçusu Yunis Hüseynov paytax klubunun Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Matç TV Kuboku"nda iştirakı haqda danışıb.

O, Qol.az-a açıqlamasında komandanın bu turnirə qatılmasını düzgün hesab etmədiyini deyib:

"Mənasız bir turnirdir. İstəməzdim ki, “Nefçi” o turnirə getsin. Məncə, “Neftçi” tam məsuliyyətlə Konfrans Liqasına hazırlaşsa, daha yaxşı olardı, nəinki turnirə getmək. Düzdür, orada da oyunlar keçirirlər, amma hazırlıq dövründə komandanı məqsədyönlü şəkildə, sırf qarşıdakı yarışa hazırlayırsan. Turnirdə isə bunu etmək asan olmur. Məncə, o turnirə getməkləri yaxşı hal deyil. Yaxşı olardı ki, komanda öz proqramına uyğun Konfrans Liqasına və çempionata hazırlaşsın".

Xatırladaq ki, ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Neftçi" "Matç TV Kuboku"una baş məşqçisiz gedib. 

Daha çox


Son xəbərlər
topaz banner