“Hazırlıqlarımız normal gedir. Hər şey qaydasındadır. İyulun 13-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanacağıq”.
Bu sözləri Qol.az-a açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.
Növbəti mövsümün hazırlıqlarından danışan mütəxəssis Türkiyə toplanışı zamanı 4 yoxlama oyunu keçirməyi planlaşdırdıqlarını bildirib: “Hələ ki, Türkiyədəki rəqiblərimiz bilinmir. Yəqin ki, gedənə yaxın tam aydın olacaq. Danışıqlar gedir. Dörd oyun keçirməyi düşünürük”.
A.Abbasov heyətə 3 yeni oyunçu cəlb edəcəklərini qeyd edib: “Ümumən 2 aya yaxındır seleksiya ilə məşğul idik. Baxırdıq, bəzi futbolçuları bəyəndik, bəzilərinin keçidi alınmadı. Bolqarıstandan Martin Petkovu gətirdik. Bolqarıstanın U-21 millisinin oyunçusudur. Perspektli futbolçudur. Kosovoda 3 mövsüm yaxşı futbol sərgiləyən hücumçu Otto Conla anlaşdıq. Portuqaliya 2-ci liqasından braziliyalı oyunçular Paçu və Brunonu heyətə cəlb edəcəyik. Yaxın 2-3 gün ərzində Bakıya gələcəklər. Bunlardan başqa bir transfer də etməyi düşünürük”.
Bir neçə aparıcı oyunçunun komandanı tərk etməsindən danışan baş məşqçi yeni mövsümün çox çətin keçəcəyini vurğulayıb: “Bunlar normaldır. Bizdə yaxşı oyun sərgilədilər. Bura gələnə qədər elə də yaxşı mövsüm keçirməmişdilər. Buradakı oyunlarından sonra başqa klublara getməkləri normaldır. Biz yeni komanda qurmalıyıq. Bizə kömək edəcək oyunçularla davam etməliyik. Yeni mövsüm çox çətin keçəcək. Bütün rəqiblər güclənəcək. Çempionatlarımızda idman prinsipinin qorunması yaxşıdır. Bu, vacib idi. Hər bir komandanın yuxarı liqaya yüksəlmək, yaxud da diviziona düşmək ehtimalı olacaq. Görürük ki, “Şamaxı” ruhdan düşmür, transfer də edir. Çünki yenidən Premyer Liqaya yüksəlmək istəyirlər. Bu, bizim futbolda çatışmayan cəhətərdən idi. Bundan sonra çempionatlarımız daha maraqlı olacaq”.
Ramiq Ağaməmmədov
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
"Atletiko" "Arsenal"la üz-üzə - Yarımfinalda ikinci gün
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq