"Turan Tovuz" heyətinə daha 3 futbolçu cəlb edir.
Bu barədə Qol.az-a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib.
Bölgə təmsilçisi braziliyalı mərkəz müdafiəçisi Bruno Qonçalves, onun həmyerlisi olan hücumçu Paçu Lira və nigeriyalı forvard Otto Conla anlaşıb. A.Abbasov futbolçuların 2-3 günə Bakıya gələcəklərini bildirib.
Braziliyanın "Vila Nova" klubunun yetirməsi olan və "Bahia"da oynamış 27 yaşlı Brunonun son klubu Portuqaliya 2-ci liqa təmsilçisi "Leixoes" olub.
27 yaşlı Paçu da Portuqaliya 2-ci liqasından gəlib. O, son mövsümü "Trofense"də keçirib.
25 yaşlı Otto Con isə son olaraq Kosovonun "Dukagjini" klubunda oynayıb.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video