"Bu klubun bir hissəsi olmaq fəxrdir. Mən "Dinamo"nu uşaqlıqdan tanıyıram və həqiqətən də burada bir növ iz buraxmaq istəyirəm".
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli Xorvatiyanın sportske.jutarnji.hr saytına müsahibəsində bildirib. Bu ilin fevral ayından mövsümün sonunadək icarə əsasında Türkiyə "Konyaspor"unda oynayan 26 yaşlı hücumçu "Dinamo"da oyun şansı əldə edərək öz potensialını göstərmək istədiyini deyib: "Bu böyük klubun bir hissəsi olmağa layiq olduğumu göstərmək istəyirəm. Mən bunu ilk növbədə özümə, kluba və azarkeşlərə borclu olduğumu hiss edirəm. Yeni baş məşqçi ilə bu yeni fürsətdən ilə istifadə edərək "Dinamo"ya niyə gətirildiyimi göstərmək istəyirəm. Buraya ehtiyatda qalmağa gəlməmişəm".
Hazırda Zaqreb təmsilçisinin heyətində təlim-məşq toplanışında olan forvard aprel ayında komandaya baş məşqçi təyin olunmuş İqor Bişçan haqqında da danışıb: "Təlim-məşq toplanışına yeni gəlmişəm və məşqçi ilə danışmağa çox vaxtım olmayıb. Amma deyə bilirəm ki, o, “Dinamo”nun əfsanələrindəndir. Məşq prosesimiz əla keçir, həm əyləncəli, həm də sərt olur. Lakin biz topla çox işləyirik və mən bunu bəyənirəm. Baş məşqçinin dünya görüşü xoşuma gəlir və görürsən ki, o, həqiqətən də futbolu başa düşür. Baş məşqçimiz biz oyunçularla necə ünsiyyət quracağını bilir. Mövsüm başa çatandan sonra milli komandada oynadım və mümkün qədər tez qayıdıb Bişçanla çalışaraq özümü sübut etmək üçün cəmi 5 gün istirahət etdim".
Mahir "Dinamo"da qalmaq istədiyini qeyd edib: "Özümə inanıram və “Dinamo”da qalmaq istəyirəm. Təbii ki, klubu da nəsə maraqlandırır. İndi diqqətimi yalnız meydana yönəldirəm. O zaman "Dinamo" üçün də, mənim üçün də nəyin daha yaxşı olduğunu görəcəyik".
Xatırladaq ki, Emreli ötən ilin fevral ayında "Dinamo" ilə 4,5 illik müqavilə imzalamışdı.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi