"Üç ildir eyni komandada - "Şaveş"də oynayırdım. Orada da hər şey ürəyimcə idi, özümü rahat hiss edirdim. Daha sonra "Qarabağ"dan təklif gəldi və bu, mənim diqqətimi çəkdi. Nəinki mənim, hətta ailəm üçün də maraqlı oldu. Ona görə də qərar verməkdə tərəddüd etmədim və təklifi düşünmədən qəbul etdim".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Juninyo klubun rəsmi Yutub kanalına müsahibəsində deyib.
O, komandaya uyğunlaşma prosesi necə getdiyi ilə bağlı bildirib: "Uyğunlaşma prosesi çox rahat və yaxşı keçir. Komandada braziliyalı futbolçuların olması bu prosesi asanlaşdırır və sürətləndirir. Komanda yoldaşlarım, məşqçilər heyəti və digər işçilər mənə çox yaxşı münasibət göstərirlər. Adaptasiya gözlədiyimdən də yaxşıdır".
İlk dəfə Çempionlar Liqasında iştirak edəcək braziliyalı oyunçu vurğulayıb: "Qarabağ" mənim uşaqlıq arzularımı həyata keçirəcək.Çalışacağam ki, mümkün olduğu qədər həmin oyunlar üçün hazır olum. Komanda, məşqçilər heyəti və azarkeşlərin məndən gözləntisi çoxdur. Bu etimadı doğrultmağa çalışacağam. Oyunların başlamağını gözləyirəm".
Juninyo "Qarabağ"dakı hədəflərini də açıqlayıb: "Klubun bəlli hədəfləri var və təbii ki, mənim də qarşıma qoyduğum məqsədlər var. Məhz bu istəklərimi reallaşdırmaq üçün buradayam. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam".
O, Azərbaycan futbolu və "Qarabağ" nə dərəcədə məlumatlı olub-olmadığı bağlı söyləyib: "Azərbaycan futbolu barədə yox, amma "Qarabağ" klubu haqda məlumatlarım var idi. Çünki Kadi Borgeslə çoxdan tanışam. O, mənim qonşum olub. Kadi ilə nəinki mənim, ailəmin də yaxşı münasibəti var. Kadi "Qarabağ"a keçəndə onun adına çox sevindim və bu komandanı izləməyə başladım. Daha sonra digər tanışım Julio Romao da buraya gəldi. Fikirləşirdim ki, bir gün belə təklif gələrsə, niyə də dəyərləndirməyim? Bu imkan yarandı, mən də sevə-sevə razılaşdım".
Futbolçu azarkeşlərə səslənib: "Juninyo klub, komanda yoldaşları və azarkeşlər üçün hər zaman əlindən gələni edəcək".
Qeyd edək ki, "Qarabağ" Juninyo ilə 3 illik müqavilə imzalayıb.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi