Vüsal İsgəndərli əcnəbi klubla müqavilə imzalayıb - Açıqlama

Vüsal İsgəndərli əcnəbi klubla müqavilə imzalayıb - Açıqlama
ÖLKƏ FUTBOLU 1 İyul 2023 / 12:28 4794
-  A +

Mövsümün sonunda "Sumqayıt"dan ayrılan Vüsal İsgəndərlinin yeni klubu müəyyənləşib.

Qol.az "PanoramaSport"a istinadən xəbər verir ki, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerasını Albaniya "Eqnatiya"sında davam etdirəcək. Bu barədə klubun prezidenti Agim Demrozi öz açıqlamasında bildirib. O, Vüsal ilə 3 illik müqavilə imzalandığını qeyd edib.

Xatırladaq ki, Vüsal İsgəndərli ötən mövsümü "Sumqayıt"da keçirib. O,  "Sumqayıt"da 35 oyunda 6 qol vurub və 3 qolun ötürməsini verib. Vüsal Azərbaycan millisinin də üzvüdür.

Daha çox


Son xəbərlər
topaz banner