"Səbail"in yay hazırlıq planı

"Səbail"in yay hazırlıq planı
ÖLKƏ FUTBOLU 30 İyun 2023 / 14:33 1627
-  A +

“Səbail"in yay hazırlıq planı bəlli olub.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 1-də bir araya gələcək komanda iyulun 8-nə qədər məşqlərini Bakıda keçirəcək.

Paytaxt təmsilçisi iyulun 9-da toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. “Dənizçilər” bu müddətdə üç yoxlama oyunu keçirəcək. Matçların detalları ilə bağlı məlumatın qarşıdakı günlərdə veriləcəyi bildirilib.

Daha çox


Son xəbərlər
topaz banner