"Turan Tovuz" 4 futbolçusu ilə yolları ayırdı

"Turan Tovuz" 4 futbolçusu ilə yolları ayırdı
ÖLKƏ FUTBOLU 30 İyun 2023 / 09:12 3037
-  A +

"Turan Tovuz" dörd futbolçu ilə yolları ayırdığını açıqlayıb.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki. Turan Vəlizadə, Natan Oduva, Şakir Seyidov və Siyanda Xulu ilə yollar ayrılıb.

Oyunçuların mövsümün sonunda başa çatan müqavilələri yenilənməyib. Komandada icarə əsasında çıxış edən Şakir Seyidov müqavilə ilə məxsus olduğu “Sabah”a, Turan Vəlizadə isə “Neftçi”yə qayıdıb.

Qeyd edək ki, Tovuz təmsilçisi bu yay Henri Okebuqvu, Dao Ben Azizi və Divine Naahla da vidalaşıb.

Daha çox


Son xəbərlər
topaz banner