“Sabah” axtardığı futbolçunu “Krasnodar”da tapdı

“Sabah” axtardığı futbolçunu “Krasnodar”da tapdı
ÖLKƏ FUTBOLU 30 İyun 2023 / 08:47 7097
-  A +

"Krasnodar"ın hücumçusu Maqomed-Şapi Süleymanov "Sabah"a keçə bilər

Qol.az xəbər verir ki, bu haqda xəbəri “Sport-ekspress” də daxil olmaqla Rusiyanın bir neçə media qurumu yayıb.

Mənbə ötən mövsümün sonu “Sabah”la müqaviləsi başa çatan ukraynalı Aleksey Kaşukun komandanı tərk edəcəyi üçün Azərbaycan klubunun fəal şəkildə sol cinah vinger mövqeyinə oyunçu axtardığını yazıb. Bildirilir ki, “Sabah" 23 yaşlı Süleymanovu qış transfer pəncərəsində almaq şərti ilə icarəyə götürə bilər. Həmçinin qeyd olunur ki, Azərbaycan klubu futbolçuya müqavilə ilə məxsus olduğu “Hapoel”də (Beer-Şeva) aldığı qədər - ilinə 250-300 min dollar ödəməyə hazırdır. 

Qeyd edək ki, hazırda “Sabah”a “Krasnodar”ın sabiq çalışdırıcısı Murad Musayev rəhbərlik edir.

M.Süleymanov Dağıstanda doğulub. “Krasnodar” klubunun yetirməsi olan futbolçu Rusiya U-21 millisində də oynayıb.

Daha çox


Son xəbərlər
topaz banner