"Nostalji hisslər yaşadım. Çünki "Neftçi"nin futbol akademiyasında böyümüşəm. Sonra "Neftçi"nin əsas komandasında yer almışam".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Emil Balayev klubun televiziyasına açıqlamasında deyib. Paytaxt təmsilçisinin yetirməsi olan və 2011-2014-cü illərdə əsas komandasında oynayan qolkiper "Neftçi"yə qayıdışı haqqında bunları deyib: "Biz "Neftçi" ilə birlikdə Azərbaycan futbolu tarixində yeni bir səhifə açdıq, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Mən də o heyətdə idim. Yəni, o hisslər 12 il keçsə də, bundan sonra 15-20 il keçsə də, əvəzolunmazdır. Şəkillərə baxanda və ya Yutubda qarşımıza videolar çıxanda həmin anlar yada düşür".
O, komandanın digər qapıçıları İvan Brkiç, Aqil Məmmədov, Rza Cəfərovla sağlam rəqabət aparacaqlarını düşündüyünü deyib: "Fikirləşirəm ki, rəqabət olmayan yerdə inkişaf olmur. Təbii ki, belə səviyyəli qapıçılarla birlikdə işləmək, məşq etmək mənim özümə də xoşdur. Həm də komandada cavan qapıçılar var. Biz U-21 millimizlə yoldaşlıq oyunu keçirdik. Elə orda da gördüm ki, bizim cavan, yaxşı qapıçılarımız var. Rza Cəfərovu da gördüm. Həqiqətən də çox yaxşı qapıçıdır. Mən "Neftçi"də olanda o vaxt 18-19 yaşım var idi. Mənimlə birgə komandada Saşa Stamenkoviç, Rauf Mehdiyev, Paşa Doraşev var idi. Çalışırdım ki, onlardan nəsə öyrənim,təcrübələrindən yararlanım. Fikirləşirəm ki, indi komandada qapıçılar baxımından sağlam rəqabət olacaq. Əvvəlcə biz bir-birimizə həm qardaş, həm də yaxşı bir insan kimi münasibət göstərməliyik".
Balayev sonda "Neftçi"nin azarkeşlərinə də səslənib. O, fanatlardan komandaya dəstək olmaqlarını istəyib: "Onlara demək istəyirəm ki, heç nəyə baxmayaraq həmişə bizim arxamızda olsunlar. Onsuz da həmişə bizə dəstək olublar. Çətin anlarda da, eniş olan vaxtlarda da. Çünki hər bir enişdən sonra yüksəliş var. Fikirləşirəm ki, hamımız birlikdə yumruq olub yenidən keçmiş uğurlarımızı təkrarlaya biləcəyik. Nə olursa, olsun, bizdən ümidlərini kəsməsinlər və həmişə bizə dayaq olsunlar".
Qeyd edək ki, "Neftçi" ötən gün Emil Balayevlə 2 illik müqavilə imzalayıb.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi