"Sabah" mərakeşli futbolçu transfer etdi - Video

"Sabah" mərakeşli futbolçu transfer etdi - Video
ÖLKƏ FUTBOLU 28 İyun 2023 / 11:19 4124
-  A +

Mövsümlərarası transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. 

Qol.az klubun saytına istinadən xəbər verir ki, mərakeşli müdafiəçi Sofian Çakla bundan sonra komandanın uğurları üçün çalışacaq. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Çakla karyerası ərzində İspaniyanın “Malaqa B” (2012-2014), “Betis B” (2014), “La Roda” (2015-16), “El Ejido” (2016-2017), “Almeria B” (2017-2018), “Melilya” (2018-2019), “Vilyarreal B” (2019-2020), “Vilyarreal” (2020-2021), “Xetafe” (2021), “Ponferradina” (2023), Macarıstanın “Videoton” (2014-2015) və Belçikanın “Leuven” (2021-2022) klublarında çıxış edib. O, Mərakeş millisində 4 oyun keçirib.

Sofian “Sabah”da 44 nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, "Sabah" bu yay  Rəhman Daşdəmirovu da transfer edib.

Daha çox


Son xəbərlər
topaz banner