Azərbaycanın FİFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatı üçün növbəti təyinatını alıb.
Qol.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Ə.Ağayev C qrupunun 3-cü turunda keçiriləcək İngiltərə - Almaniya matçının baş hakimi olacaq. Ona yan xətdə Zeynal Zeynalovla Akif Əmirəli kömək edəcək.
İyunun 28-də "Batumi Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Əliyar Ağayev Gürcüstan və Rumıniyada təşkil olunan Avropa çempionatında daha əvvəl A qrupunda açılış matçını - Belçika - Niderland (0:0) oyununu idarə edib, C qrupunun 2-ci turunda isə Çexiya - Almaniya matçının (2:1) 4-cü hakimi olub.
"Şəfa"dan qol yağışı
"Messini geri qaytarmaq istəyirdik, amma..."
“Qarabağ” və “Nyukasl” oyuna bu heyətlə çıxır
"Nyukasl" Qordonla bağlı nə planlaşdırır?
Futbolçularla bağlı yeni qadağa tətbiq oluna bilər
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait əldə edib
"Yuventus" onun müqaviləsini yeniləyir
Rövşən Nəcəf FİFA prezidentini təbrik etdi - Video
Şamaxıda vurulan 5 qol - Video
Qol şansını qaçırdı, göz yaşlarını saxlaya bilmədi
"Barselona" misirli futbolçunu hədəfə aldı
Meksika və İslandiya millilərinin matçı baş tutacaq?
Haalandın komandası ciddi sanksiya ilə üz-üzədir
"Turan Tovuz"un inamlı qələbəsindən - Video
1-ci liqada 16-cı tur start götürdü
Çempionat oyunları təxirə salındı