Mahir "Konyaspor"da mövsümün ən zəifi seçildi

Mahir "Konyaspor"da mövsümün ən zəifi seçildi
ÖLKƏ FUTBOLU 24 İyun 2023 / 13:15 2665
-  A +

Fevral ayından iyun ayınadək icarə əsasında "Konyaspor"da oynayan Mahir Emreli Türkiyə təmsilçisində 2022/2023 mövsümünün ən zəif futbolçusu seçilib.

Qol.az “SofaScore”a istinadən xəbər verir ki, müqavilə ilə "Dinamo"ya (Zaqreb, Xorvatiya) məxsus Azərbaycan millisinin hücumçusunun çıxışı 6,46 reytinq xalı ilə qiymətləndirilib. Bu da "Konyaspor"da ən pis göstəricidir.

Reytinqə braziliyalı sol cinah müdafiəçisi Gilyerme başçılıq edib. O, 7,24 xalla qiymətləndirilib.  

Mahir Emreli “Konyaspor”un heyətində 12 oyunda 2 qol vurub.


Qarabağ FK
Son xəbərlər
topaz banner