"Qəbələ"dən ilk transfer - Rəsmi

"Qəbələ"dən ilk transfer - Rəsmi
ÖLKƏ FUTBOLU 23 İyun 2023 / 22:39 7066
-  A +

“Qəbələ” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib

Qol.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Ahmed Ayzayanı heyətinə qatıb.

28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Nigeriyalı legioner ötən mövsüm Misli Premyer Liqasında çıxış edən “Kəpəz”in formasını geyinib. Azərbaycan çempionatında “Zirə”də də çıxış etmiş yarımmüdafiəçi Premyer Liqada keçirdiyi 42 matçda 5 qol vurub.

Ahmed karyerası ərzində Portuqaliyalının “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente”, “Varzim” və “Sportinq Kovilya” klublarında da çıxış edib.

Daha çox


Son xəbərlər
topaz banner