Azərbaycan liqalarında 2023/2024 mövsümünün topları müəyyənləşdi

Azərbaycan liqalarında 2023/2024 mövsümünün topları müəyyənləşdi
ÖLKƏ FUTBOLU 23 İyun 2023 / 14:59 2596
-  A +

2023/2024 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq topların adları müəyyənləşib.

Qol.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, PFL və klublar arasındakı razılaşmaya əsasən qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və əvəzedicilərin çempionatında çıxış edəcək komandaların üzvləri “Adidas” şırkətinin təsis etdiyi 2022 FİFA Dünya Çempionatının rəsmi topu olan “Al Rihla”dan yararlanacaqlar. Bu top Dünya Çempionatı tarixində ekoloji cəhətdən təmiz – su əsaslı boya və yapışqanla hazırlanmış ilk futbol topudur.

1-ci və 2-ci liqalarda çıxış edən klubların istifadəsinə isə başqa toplar təqdim olunacaq. Bu komandaların üzvləri Adidas Tiro Pro-nu “qovacaqlar”. Adidas Tiro Pro futbol topu ən yüksək FIFA reytinqli ənənəvi 32 lövhəli dizayna malikdir. İnnovativ TSBE texnologiyasıyla hazırlanan topun lövhələri bir-birinə termal yolla birləşdirilib. Bu texnologiya sayəsində top daha az nəm hopdurur, uçuş trayektoriyası isə daha dəqiq olur.

Daha çox


Son xəbərlər
topaz banner