"Səbail"dən növbəti transfer

"Səbail"dən növbəti transfer
ÖLKƏ FUTBOLU 22 İyun 2023 / 14:21 2452
-  A +

"Səbail" növbəti transferini həyata keçirib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi  yarımmüdafiəçi Bahadur Həziyevi transfer edib. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, B.Həziyev ötən mövsüm "Şamaxı"da oynayıb. Futbolçu 2020-2021-ci illər mövsümündə "Səbail-2" və "Səbail" komandalarında çıxış edib.

Xatırladaq ki, "Səbail" bundan əvvəl Yusif Nəbiyev,  Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Coşqun Diniyevi heyətinə qatıb.

Daha çox


Son xəbərlər
topaz banner