"Qəbələ"dən ayrılan futbolçu Malayziya "Sabah"ında

"Qəbələ"dən ayrılan futbolçu Malayziya "Sabah"ında
ÖLKƏ FUTBOLU 21 İyun 2023 / 16:42 2763
-  A +

"Qəbələ"dən ayrılan Ramon Maçadonun yeni klubu bəlli olub.

Qol.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını Malayziyada davam etdirəcək. O, bu ölkənin "Sabah" klubu ilə müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi ötən mövsümdə “Qəbələ”nin heyətində keçirdiyi 37 oyunda 10 qol vurub. O, “qırmızı-qaralar"da Azərbaycan kubokunun qalibi adını qazanıb. Maçado ölkəmizdə "Neftçi"də də çıxış edib.

Daha çox


Son xəbərlər
topaz banner