Bu gün Felipe Santos və Rövlan Muradovla yollarını ayıran “Qəbələ”ni daha bir neçə legioner tərk edə bilər.
Qol.az saytına bu barədə komandanın baş məşqçisi Elmar Baxşıyev məlumat verib.
Mütəxəssis İsnik Aliminin də yol üstündə olduğunu vurğulayıb: “Demək olar ki, İsnik Alimi də “Qəbələ”ni tərk edib. Onunla yeni müqavilə barədə razılığa gələ bilmədik. Ruan Renato və Omar Haninin məsələsi isə açıq qalıb. Hazırda bu futbolçularla danışıqları davam etdiririk”.
Qeyd edək ki, “Qəbələ” mövsüm başa çatdıqdan sonra Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Felipa Santos və Rövlan Muradovla yolları ayırıb.
"Şəfa"dan qol yağışı
"Messini geri qaytarmaq istəyirdik, amma..."
“Qarabağ” və “Nyukasl” oyuna bu heyətlə çıxır
"Nyukasl" Qordonla bağlı nə planlaşdırır?
Futbolçularla bağlı yeni qadağa tətbiq oluna bilər