UEFA-dan Əliyar Ağayevə yüksək etimad - Açılış ona həvalə olundu

UEFA-dan Əliyar Ağayevə yüksək etimad - Açılış ona həvalə olundu
ÖLKƏ FUTBOLU 19 İyun 2023 / 15:23 5972
-  A +

UEFA FİFA referisi Əliyar Ağayevə yüksək etimad göstərib.

Qol.az xəbər verir ki, azərbaycanlı FİFA referisi və köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli gənclər arasında (U-21) Avropa çempionatının açılış oyununa təyinat alıblar. Məlumatı AFFA rəsmi saytı vasitəsi ilə ictimaiyyətə açıqlayıb.

İyunun 21-də Tbilisi şəhərindəki Mesxi stadionunda təşkil olunacaq oyunda Belçika və Niderland milli komandalar üz-üzə gələcəklər. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatının final mərhələsini iki ölkə - Gürcüstan və Rumıniya birlikdə təşkil edir. Yarışa iyulun 8-də Batumi şəhərində keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.

Daha çox


Son xəbərlər
topaz banner