"Araz Naxçıvan"da yeni məşqçilər korpusu

"Araz Naxçıvan"da yeni məşqçilər korpusu
ÖLKƏ FUTBOLU 19 İyun 2023 / 13:35 4000
-  A +

Yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırovun köməkçiləri müəyyənləşib.

Bu barədə Qol.az-a komandanın çalışdırıcısı özü məlumat verib.

“Köməkçi məşqçilər Araz Bağırov və Rail Məlikov olacaq. Qapıçılar üzrə məşqçi isə Ramiz Kərimovdur. Fiziki hazırlıq üzrə məşqçi ilə bağlı isə hələ qərar verməmişik” – deyə Azər Bağırov bildirib.

Xatırladaq ki, “Araz Naxçıvan” 2022-2023 mövsümündə birinci divizionun qalibi olub və Premyer Liqaya vəsiqə qazanıb.

Daha çox


Son xəbərlər
topaz banner