“Seleksiya işlərinə start vermişik. Düzdür, işlərimiz tam sürətli getmir. Çünki ola bilər ki, bir çox futbolçunu icarəyə götürək, müqaviləsinə xitam verilənlər ola bilər. Futbolçularla danışırıq, yaxın 2-3 gün ərzində bizə cavab deyəcəklər”.
Bu sözləri Qol.az-a açıqlamasında yeni mövsümdən Misli Premyer Liqasında iştirakı dəqiqləşən “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib. Naxçıvan təmsilçisi birinci divizionun qalibi kimi Premyer Liqaya vəsiqə qazansa da, hələlik sponsor məsələsi həll olunmayıb. Baş məşqçi buna görə hələ ki, transfer işlərində qəti addım atmadıqlarını bildirib:
“Ən önəmli məsələlərdən biri maliyyədir. Hansı ki, bugünlərdə klubumuzda Müşahidə Şurası yaradıla bilər. Sponsorla bağlı müəyyən işlər görülməlidir. 2-3 gün ərzində mənə ala biləcəyimiz futbolçuların təqribi qiymətləri deyiləcək. Yəni büdcə müəyyənləşəndən sonra əsas işlər görüləcək. Biz işimizi balanslaşdırmalıyıq ki, ən azından qışa qədər və daha sonra mövsümün sonuna qədər olan planımızı bilək. Hələ ki, sponsor məsələsi həllini tapmayıb. İcraiyyə Komitəsinin qərarı 3 gün əvvəl verilib. Sonra isə şənbə və bazar oldu. Hələ işlərə bu gün sürətlə start verilib. Müəyyənləşdirmişik ki, klub olaraq sabah, yaxud da o biri gün müəyyən qərarlar verilsin. Yəqin ki, iyunun 21-nə qədər bir çox məsələ dəqiqləşəcək”.
Transfer məsələsi ilə bağlı Azər Bağırov onu bildirib ki, razılığa gəldikləri oyunçular var: “Amma indi onlar öz klublarında olduqları üçün bunu açıqlamağım düzgün deyil”.
Baş məşqçi komandadakı köməkçilərinin adlarını da açıqlayıb: “Köməkçi məşqçilər Araz Bağırov və Rail Məlikov olacaq. Qapıçılar üzrə məşqçi isə Ramiz Kərimovdur. Fiziki hazırlıq üzrə məşqçi ilə bağlı isə hələ qərar verməmişik”.
A.Bağırov “Araz Naxçıvan”nın təlim-məşq toplanışını Türkiyədə keçirəcəyini də deyib: “Bolu və Ərzurum variantı üzərində düşünürük. Çox güman ki, Ərzurumu seçəcəyik. Çünki oraya öyrəşmişik. Həm də Ərzurumda istədiyimiz rəqiblərlə qarşılaşa biləcəyik”.

Azər Bağırov
A.Bağırov onu da qeyd edib ki, Naxçıvan şəhər stadionun ot örtüyü yararsız halda olduğundan bir neçə ev oyununu Bakıda keçirə bilərlər: “Demək olar ki, bütün məsələləri qarşıya qoyub, addım-addım həll etməyə çalışırıq. Meydan və işıqlandırma ilə bağlı məsələlər də hələ ki, həllini tapmayıb. Çempionat başlayana qədər işlər tamamlanmasa, ev oyunlarımızı Bakıda oynayacağıq. Yəqin ki, 3-4 oyunu Bakıda keçirəcəyik. Amma çox istərdik ki, Naxçıvanda oynayaq. Çünki Naxçıvanı futbola qaytarmaq istəyirik. Bu gün “Kəpəz”lə “Turan Tovuz”un iştirakının çempionatımıza nə qədər rəng qatdığını görürsünüz”.
“Araz Naxçıvan”ın çalışdırıcısı Bakıda ev oyunlarnı keçirmək üçün iki variantn olduğunu bildirib: “Bizə “Dalğa Arena”, yaxud da “Ask Arena” sərf edər. Yenə də bunları rəhbərlik yaxşı bilər. Bizim üçün ən uyğunu “Dalğa Arena” olar. Rəhbərlik necə qərar versə, elə də olacaq”.
Ramiq Ağaməmmədov
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi