Türkiyəli məşhur futbol mütəxəssisi Sərgən Yalçın "Neftçi"nin baş məşqçisi ola bilər.
Qol.az xəbər verir ki, bu haqda ötən gündən başlayaraq xəbərlərin yayılması aktivləşibdir. Məlumatlar həm Azərbaycan, həm də Türkiyə mediasında yayılıb.
S.Yalçının köməkçisi köməkçisi Murat Şahin “CBC Sport”a müsahibəsində bildirib ki, artıq tərəflər arasında bütün məsələlərdə razılıq əldə edilib. Qeyri-adi nəsə baş verməsə, Sərgən Yalçın yaxın günlərdə Azərbaycan təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq
Lakin hələlik "Neftçi" tərəfindən bu məsələyə dair açıqlama verilməyib. Xəbər klub tərəfdən hələlik təsdiq edilmədiyi kimi, heç təkzib də olunmur.
Bu arada sport24.az saytı isə yazıb ki, Azərbaycan tərəfdən Sərgən Yalçınla bir neçə görüş keçirilib. Danışıqlar SOCAR səviyyəsində aparılıb. 51 yaşlı mütəxəssislə bütün mətləblərdə ortaq məxrəcə gəlinib. Türkiyə yığmasının sabiq üzvünün tələbləri böyük ölçüdə "ok" cavabları alıb. Artıq bu həftə sövdələşmənin baş tutacağı və "Neftçi" adına "xeyirli olsun" deyiləcəyi gözlənilir. Amma...
"Neftçi" ofisi məsələdən xəbərsizdir. Sayt yazır: "Yuxarıda qeyd etdiyimiz kimi, bütün proseslər bilavasitə sponsor tərəfindən nəzarətə götürülüb və 3-cü qüvvəsiz həyata keçirilir. İllərdir deyirik ki, "ağ-qaralar"ın ən böyük problemi idarəetmənin vahid mərkəzinin olmamasıdır. Sanki bu məsələ verilən qərarla həllini tapıb. Ancaq sadəcə, sanki...
Laurentsiu Regekampf
Əvvəla, Laurentsiu Regekampfla müqaviləyə hələ ki, xitam verilməyib. Belədə rumıniyalı mütəxəssisin qarşıdakı mövsüm alacağı məvacibin 100 faizini tələb etməsi təbiidir".
Qeyd edilir ki, rumın mütəxəssislə yolların ayrılmasına dair məsələ ümumiyyətlə, müzakirə edilməyib: "Regenin də Sərgən söhbətini eşidincə, bu fürsətdən maksimum yararlanmaq eşqinə düşmə ehtimalı olduqca yüksəkdir. Digər tərəfdən "Neftçi"nin idman direktoru Zaur Əzizov hazırda Avropadadır və bir sıra əcnəbi futbolçuyla danışıq aparır. Bu danışıqların məhz 47 yaşlı rumıniyalının istəyinə əsasən aparıldığı da məlumdur. Doğrudur, Zaur Əzizovun görüşlərinin, müzakirələrinin, danışıqlarının rəsmən təsdiqolunma möhürü vurulmayıb. Ancaq təcrübəli meneceri Avropaya göndərməkdə nə kimi məqsəd güdüldüyü bizim üçün qaranlıq qalır. Yüngülvari təhlil apardıqda ağla yalnız 2 versiya gəlir:
1) Əzizova SOCAR səviyyəsində xüsusi tapşırıq verilib və bundan heç kimin məlumatı yoxdur.
Dolayısı ilə, klub funksioneri Regenin açıq istəyinə uyğun futbolçuların menecerləri ilə danışıqlar aparmaqla yanaşı, SOCAR-ın da gizli tapşırığını yerinə yetirməklə məşğuldu və Yalçının transfer vərəqindəki simaların menecerləri ilə də təmasa girib.
2) SOCAR "onsuz da Zaurun danışıqları möhürlə təsdiqini tapmayacaq. Qoy, planlarımız "7 qıfıl arxası"nda qalsın", - fikri ilə Əzizovun Avropa turnesinə əngəl törətməyib.
Qısası, "Neftçi" ofisinin "başı altına yastıq qoymaq" üçün 5-10 min avrodan keçiblər".
Qeyd edək ki, Sərgən Yalçın ancaq Türkiyə klublarında işləyib. O, "Sivasspor", "Kayserispor", "Eskişehirspor", "Konyaspor", "Alanyaspor", "Yeni Malatyaspor", son olaraq isə "Beşiktaş"ı çalışdırıb. "Beşiktaş" onun baş məşqçiliyi ilə 2021-2022 mövsümündə Türkiyə Superliqasının qalibi olub.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi