"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərə müsahibə verib. Qol.az xəbər verir ki, o, komandasının transfer siyasətindən, "Zirə"nin yeni mövsümdəki hədəflərindən, eləcə də Premyer Liqada komanda sayının dəyişməz qalmasından danışıb.
- Mövsüm başa çatdıqdan sonra "Zirə" xeyli futbolçu ilə vidalaşdı. Demək olar ki, həmin oyunçulardan narazı qaldığınız üçün yolları ayırdınız?
- Futbolda çox nadir hallarda olur ki, hansısa məşqçi və ya futbolçu bir komandada uzun illər çıxış edir. Yerdəyişmələr bəzən xeyirli, faydalı olur. İstər məşqçi, istərsə də futbolçu baxımdan. Çox sayda futbolçu ilə yollarımızı ayırırıqsa, bu o demək deyil ki, onların çıxışından narazıyıq. Ya da hansısa problem var. Elə futbolçu var ki, daha çox oynamaq istəyir, eləsi var ki, heç oynamayıb və düşünür ki, başqa komandada daha çox oynayar. Bütün futbolçularla qarşılıqlı razılıq şəkildə, bir-birimizlə halallaşaraq yollarımızı ayırmışıq. Bu mövsüm "Zirə"də müəyyən dəyişiklik etmək istəyirəm. Nə dərəcədə alınacağını zaman göstərəcək. Seleksiya çox ağır məsələdir. Çoxsaylı dəyişikliyə getmişik. Bilirik ki, işimiz çox çətindir. Amma çalışacağıq ki, öhdəsindən gələk.
- Hamidu Keytanı "Qarabağ" yox, başqa klub istəsəydi, gedişinə razılaşardınız?
- Bu, mənim razılığımla olan məsələ deyildi. Məndən asılı olsaydı, Keytanın gedişinə razı olmazdım. Onun müqaviləsi bitmişdi, çoxsaylı təklifləri var idi. İstər bizim çempionatdan, istərsə də, başqa ölkə klublarından. Belə olan halda, rəqabətdə məcbur idik geri çəkilək, uğurlar arzulayaraq. Onun da seçimi "Qarabağ" oldu. Düşünürəm ki, orada karyerasını daha da inkişaf etdirəcək, daha da yaxşı çıxış edəcək.
- Yeni mövsümdə "Zirə"də əsas nələri dəyişmək istərdiniz?
- Heyətdən çox oyunçu gedib. O sayda olmasa da, ən azından 7-8 transfer etməyi planlaşdırırıq. Müəyyən razılıq əldə etdiyimiz futbolçular var. Rəsmi şəkildə də, onları açıqlayacağıq. Danışıqlar da gedir. Bu yöndə ciddi rejimdə çalışırıq. Asan olmayacaq, əlimizdən gələni edəcəyik ki, yaxşı komanda formalaşdıraq.
- "Zirə"nin qarşıdakı mövsümdə əsas hədəfi nə olacaq?
- Ən azından avrokuboklar uğrunda mübarizə aparacaq. Rəhbərlik də, mən də ambisiyalı insanlarıq. Yeni mövsüm uğurlu nəticə qazanmaq istəyirik. Ondan sonra üçüncülük, ikincilik, titul, kubok qazanmaq. Çempionluq uğrunda mübarizə aparmağa gəldikdə, "Qarabağ"ın özündən çox şey asılıdır. Onlar əgər optimal formada oldularsa, çempionluq uğrunda rəqabət aparmaq çətindir. Təbii ki, çempionluq uğrunda rəqabəti "Sabah" və "Neftçi" komandaları aparacaqlar. Biz, "Qəbələ", "Turan Tovuz", "Səbail" daha çox üçlük, titul qazanmaq uğrunda mübarizə aparacağıq.
- Qarşıdakı müddət istədiyiniz heyəti formalaşdırmağa kifayət edəcək?
- Bilirəm ki, risk etmişəm və mən də hansı yükün altına girdiyimi anlayıram. Sadəcə olaraq, buna ehtiyac olduğunu görürdüm. Müəyyən dəyişikliklərə gedilməliydi, bunu etməliydim.
- Artıq "Zirə"də üçüncü mövsümünüzü başa vurdunuz. Bu müddətdə avrokuboklara da yüksəldiniz, kubokda final da oynadız. Necə düşünürsüz, geridə qalan üç ildə transfer siyasətində hər hansı səhv, yanlışlıq olub?
- Təbii ki olub. Çempion olsaydıq belə, transfer siyasətində yanlışlıq qaçılmazdı. Sadəcə nəticə olanda, həmin yanlışlıqlar ört-basır olur, gözə görünmür. Nəticə olmadıqda, qabarıq şəkildə görünür. Geridə qalan mövsümdə bir çox futbolçunu son anda transfer etmişik. Transferdən anlayan insanlar bilir ki, son anda məcburiyyət zamanı hansı oyunçular cəlb edilir. Yayda transfer dönəmində uğursuz olduq. Qışda daha çox istədiyim oyunçular komandaya qoşuldu, nəinki yayda. "Makkabi" ilə oyunlarda bir dəyişikliklə meydana çıxmışdıq. Güclənə bilmədik.
- "Şamaxı" Premyer Liqanı tərk etdi, "Araz Naxçıvan" gəldi. Sizcə, komanda sayının dəyişməməsi düzgün addımdır, yoxsa 12 komanda olsaydı, daha yaxşı olardı?
- 12 komandalı çempionata hələ hazır deyilik. Premyer Liqaya çıxan komandaları ilk növbədə Birinci divizionda hazırlamaq, formalaşdırmaq lazımdır, daha sonra Premyer Liqaya buraxmaq lazımdır. Əgər bir ildə diviziondan 4 komanda Premyer Liqaya gələcəksə, aşırı şəkildə çox olacaqdı. İnfrastruktur, meydançalar, birbaşa keyfiyyətə təsir edəcəkdi. 10 etmişik, yavaş-yavaş Birinci divizionda komandaları formalaşdırmaq lazımdır, ondan sonra yüksək liqaya buraxmaq lazımdır.
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq