“Estoniyada çempionat davam edir, oyunçular formadadırlar. Bizim millimiz isə oyunun tempini saxlaya bilmirdilər. İkinci hissədə millimiz bir az yaxşı oynadı. İlk hissədə isə çox ağır oynadıqlarını gördük”.
Bu sözləri Qol.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
Millimizin Avro-2024-ün seçmə mərhələsində dünən Estoniya ilə Bakıda heç-heçə etdiyi (1:1) görüş haqda danışan təcrübəli mütəxəssis komandamızda problemlərin həddindən artıq çox olduğunu bildirib: “Bizdə fərdi oyununa görə seçilən futbolçu çatmır. Əvvəl belələri çox idi. Bizdə həmişə cinahlarda yaxşı oyunçular olub. Qafqaz futbolu oynayırıq. Təəssüf ki, indi cinahlarda yerli oyunçular oynamır. Höccət Haqverdi mərkəz müdafiəçisi olduğu halda cinahda oynayır. Hansı ki, tamam fərqli mövqelərdir. Söhbət təkcə Höccətdən getmir. O qədər problemlər var ki... Orta xətdə, hücumda da problemlər görünür. Əslində yerli futbolçunun olmadığına görə gücü legionerlərə veririk. Bu da böyük bir faciədir. Yerli oyunçularla işləmək lazımdır”.
Millimizin sabiq çalışdırıcısı qeyd edib ki, yığmamızdan ancaq qələbə gözləyib: “Elə düşünürdüm ki, millimiz Estoniyaya qalib gələcək. Düzdür, onlar da Bakıya qələbə üçün gəldiklərini bildirmişdilər. Bunu ilk hissədə göstərdilər. Çox ağıllı oynayırdılar. Amma bizim qalib gəlməli olduğumuz oyun idi. Hesab isə oyuna görə oldu. İlk hissədə onlar, ikinci yarıda biz yaxşı oynadıq. Bərabər səviyyəli bir oyun oldu”.
A.Mircavadov millimizin çalışdırıcısı Canni De Byazinin Estoniya ilə oyundan sonra "Məni qovsalar, gedəcəm, özüm getməyəcəm" fikirlərinə də münasibət bildirib: “Mən bizdə əcnəbi məşqçinin özü istefa verməsini indiyədək görməmişəm. Yerli məşqçilər həya edir, deyir ki, gedirəm, məndə alınmadı. Əcnəbi isə müqaviləsini düşünür. Əsas odur ki, maaşını alsın. Amma bizdə yerli məşqçilər tam başqadır. Millimiz yaxşı nəticə göstərməyəndə şəxsən mən bayıra çıxa bilmirəm. Hamı soruşur ki, niyə belə oldu? Adam qalır belə, bilmirsən nə deyəsən. De Byazi özü getməyəcək. Çox qəliz məsələdir. Məşqçilər də hamısı klublarda çalışır. Bunu mart ayında fikirləşmək lazım idi. Yəni onunla müqaviləni uzadanda. Bizdə yerli və əcnəbi məşqçiyə tam fərqli yanaşırlar. Düşünürlər ki, əcnəbi məşqçi gələndə nəsə edəcək. Amma bizim yerli məşqçilər daha çox işləyir, nəinki xaricilər. Ümumiyyətlə, millimizlə bağlı problemlər çoxdur. Bununla bağlı nəinki 15 dəqiqə, gecə-gündüz danışmaq olar”.
Ramiq Ağaməmmədov
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi