2023/24 mövsümündə Azərbaycan Birinci divizionunda iştirak edəcək komandalar müəyyənləşib.
Qol.az xəbər verir ki, bu haqda AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qərar qəbul edilib. Birinci divizionda adları aşağıda qeyd olunan komandalar iştirak edəcək:
1. “Şamaxı”
2. “Qaradağ Lökbatan”
3. MOİK
4. “Mingəçevir”
5. “Zaqatala”
6. “İrəvan”
7. “İmişli”
8. “Difai Ağsu”
9. “Araz Saatlı”
10. “Karvan”
Qeyd edək ki, turnirdə iştirak edəcək hər bir komandaya 300 min manat məbləğində vəsait ayrılacaq.
"Şəfa"dan qol yağışı