İcraiyyə Komitəsindən legioner əvəzetməsi ilə bağlı yeni qərar

İcraiyyə Komitəsindən legioner əvəzetməsi ilə bağlı yeni qərar
ÖLKƏ FUTBOLU 16 İyun 2023 / 14:26 2579
-  A +

“İcraiyyə Komitəsində Premyer Liqada əvəzetmə sayının dəyişdirilməsi yox, buna qədər əvəzetmənin özündə olan legioner limiti müzakirə olundu”. 

Qol.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasına deyib. 

O bildirib ki, AFFA İcraiyyə Komitəsi əvəzetmədəki limitlə bağlı qərarı dəyişib: “Əvvəlki qaydaya görə, Premyer Liqada 5 əvəzetmədən 2-si legioner olmalıdı idi, üçü yerli. Lakin bugünkü müzakirələrdən sonra bu limit ləğv olundu. Yəni məşqçi istəyirsə, lap sonradan meydana 5 legioner də daxil edə bilər”.


Son xəbərlər
topaz banner