U-21 millimizin heyətində dəyişiklik edildi

U-21 millimizin heyətində dəyişiklik edildi
ÖLKƏ FUTBOLU 16 İyun 2023 / 12:49 1532
-  A +

Beynəlxalq yoldaşlıq oyunlarında Türkiyə və Qırğızıstan yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki,“Turan Tovuz” klubunun üzvü Xəyyam Hüseynov heyətdən çıxarılıb. Onun əvəzinə “Qəbələ”nin oyunçusu İbrahim Ramazanov heyətə cəlb olunub.

Qeyd edək ki, millimiz iyunun 17-də İstanbulda Türkiyə, 20-də isə Bakıda Qırğızıstanla üz-üzə gələcək.


Son xəbərlər
topaz banner