Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində sabah Bakıda Estoniya ilə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İki oyuna 9 top buraxan millidə nəyə ümid edə bilərik?
- İlk iki oyunda uduzduq. Bəli, 9 qol buraxmışıq. Amma iki güclü komandaya qarşı oynadıq, rəqiblər böyük təcrübəyə malik idilər. Matçları yaxşı analiz etsəz, görərsiz ki, bəzi hissələrdə yaxşı oyun göstərdik, meydanda qaldıq, mübarizə apardıq. Fərdi səhvlər olur. Bu, bizə çox baha başa gəldi. Təcrübəsi az olan oyunçular üçün belə səhvlər ümid edirəm böyük dərs olar. Bu, bizə gələcəkdə inkişaf üçün kömək olacaq.
- Komandada mərkəz hücumçuları çoxdur. Mahiri Emrelini mərkəz hücumçusu kimi görürsünüz?
- Son 7 matçda oynadığımız sistemi bilirsiniz. Yaxşı nəticələr göstərmişik. Beş qələbə qazanmışdıq. Asan olmayan rəqibləri məğlub etmişdik. Doğrudur, iki oyunda uduzmuşuq. Sabah görəcəksiniz, Mahir hansı mövqedə oynayacaq. Son zamanlar oynadığı mövqedə olacaq. Əminəm ki, əlindən gələni edəcək.
- Sabah hamı komandadan qələbə gözləyir, özü də milli evdə oynayır. Bu, komandada psixoloji gərginlik yarada bilər?
- Yox. Çünki, iki oyunda uduzmuşuq. Uşaqlarda böyük istək var ki, revanş alsınlar. Sabah ağır rəqibə qarşı oynayırıq. Fiziki cəhətdən güclü komandadırlar. Onlarda mövsümün ortasıdır, bizdə isə bitib. Sabah əlimizdən gələni edəcəyik və ümid edirəm ki, ilk üç xalı götürməyi bacaracağıq.
- Estoniya Avstriyaya 1:2 hesabı ilə uduzdu, bizim millimiz isə 1:4. Bu haqda fikriniz necədir?
- Futbol riyaziyat deyil. Avstirya - Estoniya matçına baxmışam. Yaxşı oynadılar, Estoniya yığması daha yaxşısını edə bilərdi. Sabah ən yaxşısını edəcəyik ki, qələbə qazanaq.
- Buraxdığınız qolların hamısı fərdi səhvlərdən irəli gəlir?
- Bir neçə məqam var. Ola bilər bəzi futbolçular bu səviyyədə oynamağa öyrəşməyib, vəziyyəti gec oxuyuruq. Nəticədədə sözünü deyir. Rəqibin futbolçularının hamısı böyük liqalarda oynayırsa, çətinliklər özünü göstərir. Amma topla yaxşı oynayırıq, yaxşı imkanlarımız olur. Qol vurub-vurmamaq vacib məqamdır. Əgər oyunumuzda inkişafı görmürüksə, demək görmək istəmirik.(sportal.az)
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi