"Millimizin uğurlu çıxışı üçün sabah əlimdən gələni edəcəyəm" - Mahir Emreli

"Millimizin uğurlu çıxışı üçün sabah əlimdən gələni edəcəyəm" - Mahir Emreli
ÖLKƏ FUTBOLU 16 İyun 2023 / 11:19 2679
-  A +

“Karyeram baxımından ağır mövsüm keçirdim. Geridə qalan mövsümün ikinci dövrəsində bir qədər toparlandım".

Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Mahir Emreli Estoniyaya qarşı keçiriləcək Avro-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.

O, sabah millimizin qələbə qazanması üçün əlindən gələni edəcəyini bildirib: "Son oyunlardakı nəticədən sonra bura daha yaxşı əhvali-ruhiyyədə gəldim. Klubda nə baş verməsindən asılı olmayaraq, milliyə yüksək ab-havada gəlməlisən. Komandamın sabah uğurlu çıxışı üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz 3 xal qazanaraq, azarkeşləri sevindirməkdir. Sabah meydana qələbə üçün çıxacağıq”.

Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq.


Son xəbərlər
topaz banner