Ötən mövsüm icarə əsasında "Sabah"da oynayan Aleksey Kaşuk müqavilə ilə məxsus olduğu Donetsk "Şaxtyor"una qayıdacaq.
Qol.az sportyvka.com.ua saytına istinadən xəbər verir ki, bu barədə jurnalist Viktor Vatsko özünün “Vatsko on air” proqramında bildirib: "Anladığım qədər ilə Aleksey Kaşuk “Şaxtyor”a qayıdır. O, Azərbaycanın "Sabah" klubundakı çıxışı ilə hər kəsi heyran qoyub. Çempionatın 31 matçında 16 qol vurub, 10 qolun ötürməsini verib".
Qeyd edək ki, Kaşuk son mövsüm "Sabah"ın uğurlarında önəmli rol oynayıb və komandanın liderlərindən birinə çevrilməyi bacarıb.
"Şəfa"dan qol yağışı