“Qəbələ” daha iki futbolçusu ilə müqaviləni yeniləyib.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ülvi İsgəndərov və Kristof Atanqana növbəti iki mövsümdə də “qırmızı-qara”larda çıxış edəcək.
Onlarla müqavilələrin müddəti 2025-ci ilin yayına qədər artırılıb. Ülvi "Qəbələ"də 114 oyun keçirib. Onun hesabında 19 qol var. Atanqana “qırmızı-qara” forma ilə 15 matça çıxıb.
Xatırladaq ki, “Qəbələ” bunadək daha dörd futbolçusu - İlkin Qırtımov, Urfan Abbasov, Murad Musayev və Emil Səfərovla da müqaviləni yeniləyib.
"Şəfa"dan qol yağışı