"Qarabağ"ın rəqiblərindən biri bilindi

"Qarabağ"ın rəqiblərindən biri bilindi
ÖLKƏ FUTBOLU 14 İyun 2023 / 18:30 7054
-  A +

"Qarabağ"ın Avstriyada bu yay keçiriləcək təlim-məşq toplanışı çərçivəsində rəqiblərindən biri müəyyənləşib.

Qol.az xəbər verir ki, Ağdam təmsilçisi Polşa "Legiya"sı ilə qarşılaşacaq. Bu barədə Varşava klubunun saytı məlumat yayıb.

İyulun 1-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" iyunun 22-də  hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. 

Xatırladaq ki, "Legiya" ötən mövsüm Polşa çempionatını 2-ci pillədə başa vurub və Konfrans Liqasında oynamaq hüququ qazanıb.

Daha çox


Son xəbərlər
topaz banner