Azərbaycan - Estoniya - Hakimlər açıqlandı

Azərbaycan  - Estoniya - Hakimlər açıqlandı
ÖLKƏ FUTBOLU 14 İyun 2023 / 12:29 3492
-  A +

Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan - Estoniya oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Çexiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Andrey Berka olacaq. Ona yan xətt hakimləri qismində İvo Nadvornik və Kamil Hayek kömək edəcəklər. Dördüncü hakim funksiyasını Dalibor Çerni yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 17-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Estoniya oyunu saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner