Əsas millimizə çağırılan futbolçu U-21-ə qoşulacaq

Əsas millimizə çağırılan futbolçu U-21-ə qoşulacaq
ÖLKƏ FUTBOLU 13 İyun 2023 / 21:14 2201
-  A +

Hazırda Azərbaycan milli komandasının düşərgəsində olan Cəlal Hüseynov iyunun 14-dən etibarən 21 yaşadək futbolçulardan ibarət millimizin heyətinə qoşulacaq.

Qol.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Cəlal Hüseynov ötən gün Bolqarıstanın "Arda" klubu ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Azərbaycan U-21 millisi iyunun 17-də İstanbulda Türkiyə, iyunun 20-də isə “Dalğa Arena”da Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirək.

Daha çox


Son xəbərlər
topaz banner