"Kəpəz" yeni mövsümdə ev oyunlarını harada keçirəcək?

"Kəpəz" yeni mövsümdə ev oyunlarını harada keçirəcək?
ÖLKƏ FUTBOLU 13 İyun 2023 / 12:58 3578
-  A +

"Kəpəz" yeni mövsümdə ev oyunlarını Gəncə şəhər stadionunda keçirəcək.

Bu barədə Qol.az saytına müsahibəsində komandanın yeni baş məşqçisi Azər Məmmədov bildirib. O deyib: 

"Gəncə şəhər stadionunun ot örtüyündə yaranan problemlərlə əlaqədar "Kəpəz" ötən mövsümün sonlarında ev oyunlarını Qəbələdə keçirdi. Ancaq şükür Allaha, indi ot örtüyü demək olar ki, ideal vəziyyətə gəlib. Qazon yüksək səviyyədə yenilənib. Başqa problem çıxmasa, öz meydanımızda, azarkeşlərimizin qarşısında oynayacağıq. Gəncədə çıxış etmək bizim və komandamız üçün çox önəmlidir".

Daha çox


Son xəbərlər
topaz banner