"Səbail" ukraynalı futbolçunun göndərildiyini açıqladı

"Səbail" ukraynalı futbolçunun göndərildiyini açıqladı
ÖLKƏ FUTBOLU 9 İyun 2023 / 17:15 1916
-  A +

"Səbail"in ötən yay "Şaxtyor"dan (Donetsk) icarəyə götürdüyü Maksim Çexlə yolların ayrıldığını rəsmən açıqlayıb.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Həmçinin oxuyun: Azərbaycanda oynadığı klubdan ayrıldı

Açıqlamada oyunçunun məxsus olduğu “Şaxtyor” (Donetsk) klubu  ilə mövsümün sonunda başa çatan icarə müqaviləsinin müddətinin yenilənmədiyi bildirilib.

Qeyd edək ki, Maksim Çex 2019-cu ildə Ukraynanın U-20 milli komandası ilə dünya çempionatının qalibi olub.

O, 2022/23 mövsümü Misli Premyer Liqasında 29, Azərbaycan kubokunda 2 matç daxil olmaqla "Səbail"də ümumilikdə 31 oyun keçirib, 2 qol vurub.

Daha çox


Son xəbərlər
topaz banner