Regekampf ərəb klubuna keçə bilər

Regekampf ərəb klubuna keçə bilər
ÖLKƏ FUTBOLU 9 İyun 2023 / 14:30 3405
-  A +

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf klubu tərk edə bilər.

Qol.az xəbər verir ki, bu barədə Rumıniyanın "Playsport" nəşri məlumat yayıb.

Regekampfın Səudiyyə Ərəbistanının iki, Qətərin isə 1 klubundan təklif aldığı bildirilib. Hər 3 klubun iddalı olduğu qeyd edilib. Mənbənin məlumatına görə, hazırda tərəflər arasında danışıqlar davam edir və Regekampf bu təkliflərdən birini dəyərləndirərək "Neftçi"dən ayrılacaq.

Qeyd edək ki, Laurentsiu Regekampf 2022-ci ilin yayından "Neftçi"ni çalışdıran rumıniyalı mütəxəssisin paytaxt klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.

Daha çox


Son xəbərlər
topaz banner