“Qəbələ” Türkiyəyə yollanacaq

“Qəbələ” Türkiyəyə yollanacaq
ÖLKƏ FUTBOLU 8 İyun 2023 / 18:30 1749
-  A +

Yeni mövsümdə ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək “Qəbələ”nin hazırlıq planlarına qismən aydınlıq gəlib. 

Bu haqda Qol.az saytına komandanın baş məşqçisi Elmar Baxşıyev məlumat verib. 

Mütəxəssis qeyd edib ki, komanda yeni mövsümün hazırlıqlarına Qəbələdə start verəcək. İlk mərhələdə doğma məkanda hazırlıq keçəcək “qırmızı-qaralar” daha sonra Türkiyəyə yollanacaq. “Qəbələ”nin hazırlığının ikinci mərhələsi böyük ehtimalla Boluda olacaq. 

Elmar Baxşıyev əlavə edib ki, toplanışların dəqiq tarixləri qarşıdakı günlərdə müəyyənləşəcək.

Daha çox


Son xəbərlər
topaz banner