“Biz Premyer Liqaya hazırlaşırıq. İşlərimizi buna uyğun qururuq”.
Bu sözləri Qol.az-a açıqlamasında birinci divizionun qalibi olaraq Premyer Liqaya vəsiqə qazanan “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.
O, detallı şəkildə açıqlamasa da, klubda böyük işlərin görüləcəyini bildirib: “Bu yaxınlarda Naxçıvanla bağlı vacib qərarlar verildi. Cənab Prezidentin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı təsdiq edildi. Yəqin ki, o məsələlərin içində “Araz Naxçıvan” da var. Ona görə də bir az gözləmə mövqeyindəyik. Maksimum 2-3 günə bütün məsələlərimiz həll olunacaq, amma Premyer Liqaya gəlməyə hazırlaşırıq. Böyük işlər görüləcək. Birdən-birə büdcənin çox olması, yaxud da artan büdcənin olması, 3-5 illik futbola dair inkişaf proqramının olması gözlənilir. Sırf bu məsələlərlə bağlı Naxçıvan Muxtar Respublikası rəhbərliyinin cavablarını gözləyirik”.

Azər Bağırov
A.Bağırov transfer işlərinə başladıqlarını, ancaq hələlik heç bir futbolçu ilə razılaşmadıqlarını bildirib: “Artıq daxili bazarı bilirik, bəyəndiyimiz futbolçular da var. Onlarla danışa biləcəyik. Legioner transferinə də çalışırıq, araşdırmalar edirik, sadəcə, büdcənin tam təsdiqi lazımdır ki, bilək kimlə işləyirik. Qəti şəkildə deyirəm ki, razılığa gəldiyimiz oyunçu yoxdur. Heç kimlə konkret danışığımız olmayıb”.
Azər Bağırov millimizin sabiq üzvləri Rail Məlikov və Rəşad Sadiqovun onun köməkçisi təyin ediləcəyi xəbərlərinə də münasibət bildirib: “Onlar bizim dostlarımızdır. Təyinatları ilə bağlı konkert bir şey yoxdur. Bəli, onlarla danışıq olub, amma hələ heç nə dəqiq deyil”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi